|
|
İsa ona dedi: «“Həqq-Təala Rəbbi bütün qəlbinlə, bütün varlığınla və bütün düşüncənlə sev”. Bu, birinci və ən böyük əmrdir. Buna bənzəyən ikincisi budur: “Qonşunu özün kimi sev”. Bütün Qanun və peyğəmbərlərin sözləri bu iki əmrə əsaslanır». Matta 22:37-40
«Rəbbə min-min qoç qurbanları, Zeytun yağının on minlərcə selləri xoş gələrmi? Asiliyimə görə ilk oğlumu, Günahım üçün Öz övladımı verimmi? Ey insanlar, Həqq-Təala sizə yaxşı olanı bildirdi. Rəbb sizdən bundan başqa nə istəyir ki? Adil olun, məhəbbət göstərməyi sevin, Həqq-Təala önündə təvazökarlıqla gəzin.» Mikeya 6:7-8
«Bu Kəlamin icraçisi olun, yalniz eşidənlər olub özünüzü aldatmayin. Çünki Kəlami eşidən, amma icraçisi olmayan şəxs güzgüdə öz üzünün cizgilərinə baxan adama bənzəyir: O öz-özünə baxir, kənara çəkilir və dərhal necə olduğunu unudur. Lakin kim kamil qanuna, azadliq qanununa diqqətlə baxib ona bağli qalarsa və unutqan eşidən deyil, əməldə icraçi olarsa, bu adam öz işində nə bəxtiyardir! Əgər sizdən biri özünün mö’min olduğunu düşünür, amma ürəyini aldadib öz dilini yüyənləmirsə, onun mö’minliyi puçdur. Ata Həqq-Təala hüzurunda pak və nöqsansiz mö’minlik budur: yetimlərə və dullara onlarin əziyyətlərində qayği göstərmək və özünü dünyadan ləkəsiz saxlamaqdir.» Yaqub 1:22-27
«Hər şey aşkar oldu, Nəticə bundan ibarətdir: Həqq-Təala qorx, Onun əmrlərini yerinə yetir. Bəli, insanın əsas vəzifəsi budur. Çünki Həqq-Təala hər işi, gizli olan hər şeyi – İstər yaxşı olsun, istər pis – Mühakimə edəcək.» Vaiz 12:13-14
|
|