DÖRD DİNİ QANUN  
The Four Spiritual Laws
  in Azeri (Azerbaijani)


Fiziki kainatı idarə edən fiziki qanunlarla yanaşı dini qanunlar da mövcuddur ki, səninlə Tanrı arasında olan münasibətləri idarə edir.

   1.  Tanrı səni SEVİR və həyatın üçün gözəl PLAN təklif edir.

(bu səhifədə olan sitatlar Bibliyadan götürülüb və mümkün olduğu qədər kontekst çərçivəsində oxunulmalıdır)

Tanrının Məhəbbəti
«Çünki Tanrı dünyanı elə sevdi ki, vahid Oğlunu verdi; bunu ona görə etdi ki, Ona iman edən hər kəs həlak olmasın, amma əbədi həyata malik olsun» (Yəhya, 3:16)

Tanrının Planı
(Məsih buyurur: «Mən isə gəldim ki, onlar həyata, bol həyata malik olsun» (dolu və mənalı həyata), Yəhya 10:10)

Nədəndir ki insanların əksəriyyəti bol həyat sürmürlər?
Çünki ...


   2.  İnsan GÜNAH İÇİNDƏDİR və Tanrıdan AYRI DÜŞMÜŞDÜR. Ona görə də, o, Tanrı sevgisini və onun həyatı üçün olan planını anlaya və dərk edə bilmir.

İnsan Günaha Batmışdır
«Hamı günah edib, Tanrı izzətindən məhrum olub» (Romalılara 3:23)

İnsan Tanrı ilə dost münasibətdə olmaq üçün yaradılmışdır; lakin onun inadkar özbaşınalığı üzündən o, öz yolunu seçmişdir və bununla da, onun Tanrı ilə dost münasibət pozulmuşdur. Bu özbaşınalıq Bibliyada göstərilən günahın sübutudur ki, fəal üsyan və ya qeyri-fəal laqeydlik kimi münasibəti xarakterizə edir.

İnsan Ayrılmışdır
«Günahın əvəzi ölümdür» (Tanrıdan mənəvi cəhətdən ayrı düşmə) (Romalılara 6:23)

Aşağıdakı diaqramda göstərilir ki, Tanrı müqəddəs, insan isə günahkardır. Onları bir-birindən böyük bir uçurum ayırır. Ox işarələri göstərir ki, insan aramsız olaraq Tanrı və bol həyata öz cəhdləri: düzgün həyatı, fəlsəfəsi və ya dini vasitəsi ilə can atır, amma müvəffəq olmur.

Üçüncü qanun bu uçurumun aradan qaldırılması yollarını izah edir...


   3.  İsa Məsih insanları günahdan qorumaq üçün Tanrı tərəfindən verilən YEGANƏ çıxış yoludur. Onun vasitəsi ilə sənin həyatı üçün Tanrı sevgisini və planını tanıya və dərk edə bilərsən.

O, Bizim Yerimizə Qurban Getmişdir
«Lakin Tanrı bizə olan Öz məhəbbətini bununla sübut edir ki, biz hələ günahkar ola-ola Məsih bizim uğrumuzda öldü» (Romalılara 5:8)

O, Ölülərdən Dirildi
«... Məsih... günahlarımız üçün öldü...və Müqəddəs Yazılara uyğun olaraq, üçüncü gün dirildi. Əvvəlcə Kefaya, sonra On İki şagirdə göründü. Bundan sonra beş yüzdən çox qardaşa eyni vaxtda göründü» (1 Korinflilərə 15:3-6)

O, Tanrıya Gedən Yeganə Yoldur
«İsa ona dedi: “Yol, həqiqət və həyat Mənəm. Mənim vasitəm olmadan heç kim Atanın yanına gələ bilməz» (Yəhya 14:6)

Aşağıdakı diaqramda göstərilir ki, Tanrı bizim günahlarımızı yumaq üçün xaçda ölmüş Öz Oğlunu İsa Məsihi göndərməklə bizi Ondan ayıran uçurumu aradan qaldırmışdır.

Bu üç qanunu bilmək heç də kifayət deyil ...


   4.  Bizlərdən hər birimiz İsa Məsihi Öz şəxsi Xilaskarı və Rəbbi kimi qəbul etməliyik; onda biz həyatımız üçün Tanrı sevgisini və planını tanıya və dərk edə bilərik.

Biz Məsihi Qəbul Etməliyik
“Onu qəbul edənlərin hamısına, Onun adına iman edənlərə Tanrı övladları olmaq ixtiyarını verdi” (Yəhya 1:12)

Biz Məsihi İman Vasitəsi ilə Qəbul Edirik
“Zira Tanrı lütfü ilə imanla xilas oldunuz və bu, sizdən asılı deyil, Tanrı ənamıdır. Əməllərdən asılı deyil ki, heç kim öyünməsin” (Ephesians 2:8-9)

Məsihi Qəbul Etməklə Biz Yeni Doğuluş Qazanırıq
(Oxu Yəhya 3:1-8)

Biz Məsihi Şəxsi Dəvətimizlə Qəbul Edirik
(Məsih buyurur: “Budur, qapının önündə durub onu döyürəm: kim səsimi eşidib qapını açsa, onun yanına gələcəyəm və Mən onunla, o da Mənimlə birgə şam edəcəyik”. (Revelation 3:20)

Məsihi qəbul etmək öz şəxsi həyatından tövbə ilə və bizi günahlarımızdan azad etmək üçün həyatımıza gəlməsinə və bizi Onun istədiyi kimi olmasına etibarımız Tanrıya doğru olan bir dönüşdür. İsa Məsihin Tanrının Oğlu olmasını və Onun sənin günahların üzündən xaçda ölməsini sadəcə ağıl ilə dərk edilməsi kifayət deyil. Eləcə də həyəcana arxalanmaq kifayət deyil. Biz İsa Məsihi iradəmizin təzahürü olan inamımız ilə qəbul dirik.

Bu iki dairə iki cür həyatı təsvir edir:
 

1. İnsanın özü tərəfindən idarə olunan həyat

Həyatımın hökmdarı mənəm və onu özüm idarə edirəm. Nəticədə ixtilaf ilə qarşılaşıram və hər şey alt-üst olur. Mənim həyatımda Məsihə yer yoxdur.


 
2. Məsihli həyat

Həyatımın hökmdarı Məsihdir. Mən Məsihə tabe oluram. Həyatımı Məsih idarə edir. Nəticədə Tanrının planı həyatıma ahəng qatır.

Dairələrdən hansı sənin həyatını daha aydın təsvir edir?

Həyatın üçün hansı dairəni seçərdin?

Aşağıdakı sənin Məsihi necə qəbul edə bilməni göstərir:

Sən Məsihi elə indi inam ilə dua edərək qəbul edə bilərsən:

(Dua Tanrı ilə söhbət deməkdir)

Tanrı sənin ürəyini bilir və O, sənin sözlərinə deyil, ürəyinə baxır. Sən belə dua edə bilərsən:

“Rəbbim İsa, Sənə ehtiyacım var. Mənim günahlarım üçün xaçda öldüyünə görə Sənə minnətdaram. Həyatımın qapılarını açıb Səni öz Xilaskarım və Tanrım kimi qəbul edirəm. Günahlarımı bağışladığın üçün və mənə əbədi həyat bəxş etdiyin üçün Sənə minnətdaram. Mənim həyatımı idarə et. Məni Sənin istədiyin kimi et”.

Bu dua sənin ürəyincədir? Əgər bilədirsə, onda mən səni elə indi dua etməyə dəvət edirəm və Məsih söz verdiyi kimi sənin həyatına gələcək.

Sən bu duanı etdinmi?
 


The 4 Spiritual Laws · in Azerbaijani
http://www.creationism.org/azerbaijani/4SpirLaws_az.htm



Ana Səhifə:  Azerbaijani
www.creationism.org